
Tramp problemlərin "asan döyüş"lə həll olunmayacağı reallığı ilə üzbəüz qalıb -Politoloq
09:04 28.02.2025
Dünya
391
Son illərdə dünya siyasi arenasında baş verən hadisələr və ABŞ-nin yeni administrasiyasının həyata keçirdiyi xarici siyasət, qlobal güc dinamikalarını əhəmiyyətli dərəcədə dəyişdirib. Tramp prezident seçildikdən sonra ABŞ-nin dünya miqyasında izlədiyi siyasət bir neçə vacib istiqamətdə cəmləşib. Bu siyasətin əsas predmetlərindən biri Çinə münasibət, digəri isə Rusiya-Ukrayna müharibəsinin ABŞ üçün yaratdığı geosiyasi əhəmiyyətlə bağlıdır.
ABŞ-nin bu münaqişəyə yanaşması, yalnız regiondakı vəziyyətlə bağlı deyil, həm də qlobal güc balansına təsir edən strateji qərar olaraq qiymətləndirilir. Prezidentliyə gəlmədən öncə Rusiya-Ukrayna arasında sülhə nail olacağını əminliklə deyən Tramp, hazırda bunu edə bilməyəcəyini boynuna alır.
Mövzu ilə bağlı politoloq Elməddin Behbud Sherg.az-a açıqlamasında Trampın xarici siyasətinin əsas istiqamətləri və onun geopolitik nəticələrindən söz açıb:

"Trampın prezidentliyi başlayandan dövrdən etibarən ABŞ-nin yeni administrasiyasının izlədiyi siyasi xəttin bir neçə başlıca istiqaməti var. Onlardan ən önəmlisi Çinə münasibətlə bağlıdır. Maraqlıdır ki, ABŞ adminsitrasiyasının Rusiya-Ukrayna müharibəsinə münasibətinin ana komponentlərindən biri də budur. Çünki ABŞ bir rəqib kimi qlobal gücün zəifləməsi fonunda digər və daha təhlükəli qlobal güc mərkəzinin-Çinin güclənməsini özü üçün ciddi təhdid kimi qəbul edir. Bu cəhətdən Tramp hökuməti balansın qorunmasını çox vacib hesab edir. ABŞ Rusiyanın ciddi itkilər verməsi və zəif durumda müharibəni başa vurması fonunda Çinin qlobal maliyyə bazarına və iqtisadi sektora təsirinin siyasi sahədə də dəyişikliklərə gətirib çıxaracağından və bunun geriyə dönüşü olmayan prosesə çevrilə biləcəyindən narahatdır.
İkinci vacib nüans isə Trampın hazırki mürəkkəb problemlərin heç də kənardan görünən kimi "asan döyüş"lə həll olunmayacağı reallığı ilə üzbəüz qalmasıdır. Çünki vəd verməklə onu həyata keçirmək arasında böyük fərqin olduğunu hamı gözəl anlayır".
Politoloq ABŞ-nin Sakit Okeanda Çinin üstünlük qazanması və təqribən 70 il sonra Tayvan üzərində nəzarəti bərpa etməsinə yol açacaq addımlardan çəkinməyə məcbur olduğunu bildirib:
"Qarşıdakı dövrdə ABŞ-nin təhdid dili işə yarayarsa özünü rəsmi Vaşinqtonun himayəsindən tamlıqla məhrum etməmək üçün Avropanın müqaviməti qırılacaq. Hazırki status-kvo ilə faktiki olaraq atəşkəs, siyasi dildə isə münaqişənin sülh yolu ilə başa çatdırılması hadisəsi gerçəkləşə bilər. Əgər Böyük Britaniya və Almaniyanın yeni hökumətinin Tramp planına qarşı əks mövqeyi güclü olsa, Ukrayna Avropanın yardımı ilə cari ilin sonunadək müqaviməti davam etdirəcək.
Bütün hallarda Trampın Ukraynanın hərraca çıxarılması bahasına sülhün əldə olunması fikrindən vaz keçəcəyi real görünmür. İddia və imkanların uzlaşdırılması və qapalı qapılar arxasında aparılan danışıqların dünyanın digər regionları üzrə müqavilə bağlanması yolu ilə kompramis variantın tapılması ehtimalını daha güclü hesab edə bilərik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: İrana qarşı hərbi əməliyyatın başlama ehtimalı 90%-dir
17:50 18.02.2026
Gündəm
Nəriman Həsənzadə “Heydər Əliyev” ordeni ilə təltif edildi
17:47 18.02.2026
Gündəm
Ukraynada müharibənin davam etməsi ehtimalı yüksəkdir - ŞƏRH
17:23 18.02.2026
Gündəm
Macarıstan Ukraynaya dizel tədarükünü dayandırıb
17:18 18.02.2026
İqtisadiyyat
Göyçayda 36 yaşlı kişi yıxılaraq ölüb, saxlanılan var
16:39 18.02.2026
Hadisə
Ermənistanın mina xəritələri hələ də gizlədilir - ŞƏRH
16:33 18.02.2026
Aktual
Starmer və Tramp Rusiya-Ukrayna və İran məsələlərini müzakirə edib
15:55 18.02.2026
Gündəm
Məsud Pezeşkian region ölkələrinə çağırış etdi
15:51 18.02.2026
Region
“Paşa”nı həyatları bahasına xilas etdilər
15:22 18.02.2026
Hadisə
Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq
15:02 18.02.2026
Sosial
Umerov: Cenevrədə üçtərəfli danışıqlarda irəliləyiş əldə olunub
15:00 18.02.2026
Dünya
Əbdül Mahmudov: Yenidən xəstəxanaya yerləşdirilə bilrəm
14:46 18.02.2026
Cəmiyyət
Nəriman Əliyev bacısı oğlunun həbsini istəyir
14:36 18.02.2026
Hadisə