Tramp Putindən xahiş etdi, Zelenskidən reaksiya

Danışıqlar qrupumuz demək olar hər saat ünsiyyətdədir. Biz tərəfdaşlarımızla – ABŞ-la həqiqətən effektiv formatlar və həqiqətən ehtiyac duyduğumuz nəticələr barədə ünsiyyət qururuq.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Teleqram hesabında bildirib.

"Davamlı sülh üçün məhz bu lazımdır. Sülhə nail olmaq və təhlükəsizliyi təmin etmək üçün hər fürsəti qiymətləndiririk.

Bu müddət ərzində enerji sektoruna hücumları dayandırmaq səylərinə görə ABŞ-a təşəkkür edirəm və ümid edirəm ki, Amerika bunu təmin edə biləcək. Amerika Birləşmiş Ştatları prezidenti bu gün bəyanat yaydı. Bu axşam və bugünkü vəziyyət, enerji obyektlərimizdəki, şəhərlərimizdəki real vəziyyət bunu göstərəcək", - deyə Zelenski əlavə edib.

Qeyd edək ki, daha öncə ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putindən soyuq havaya görə bir həftə ərzində Ukraynaya zərbə endirməmək barədə xahiş edib.