Tramp Putini "Sülh Şurası"na dəvət etməsinin səbəbini açıqladı

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putini Qəzza Sülh Şurasına niyə dəvət etdiyini izah edib.

Teleqraf xəbər verir ki, Tramp dəvətini bir cümlə ilə əsaslandırıb: "O, dünya liderlərindən biridir".

ABŞ lideri həmçinin Fransa Prezidenti Emmanuel Makronun "Sülh Şurası"na dəvəti rədd etmək niyyətində olduğu barədə məlumatlara da münasibət bildirib. Trampın sözlərinə görə, Makronun açıqlamasının heç kimə faydası yoxdur.

Daha əvvəl Britaniya Baş naziri Keir Starmer "Sülh Şurası"nın işinə qoşulmaqdan imtina edəcəyi bildirilmişdi .

16 yanvarda ABŞ Prezidenti Donald Tramp "Sülh Şurası"nın yaradıldığını elan edib. Vaşinqton Putin də daxil olmaqla 60-dan çox dünya liderini qurumun işində iştirak etməyə dəvət edib.