"ABŞ-nin həyata keçirdiyi "Qızıl Günbəz" raketdən müdafiə sisteminin bəzi elementləri Qrenlandiyada yerləşdiriləcək".
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Fox Business" telekanalına müsahibəsində bildirib.
"Qrenlandiyaya çıxışımız olduqda, sistem daha yaxşı işləyir. Daha çox ərazini əhatə edir, əhatə dairəsini daha yüksək dəqiqliklə təmin edir, raketlər daha dəqiq olacaq. Əgər atəş açılsa, hər şey Qrenlandiyanın üzərindən uçacaq. Beləliklə, biz onları vurub salacağıq" , - deyə o vurğulayıb.