ABŞ Prezidenti Donald Tramp Qrenlandiya üzərində ABŞ-ın nəzarətinin qurulması ilə NATO-nun saxlanılması arasında seçim etmək məcburiyyətində qala biləcəyini istisna etməyib.
APA xəbər verir ki, Tramp bu mövqeyini "The New York Times" qəzetinə müsahibəsində səsləndirib.
Nəşrin yazdığına görə, ABŞ prezidenti hansı variantın onun üçün daha vacib olduğu sualına birbaşa cavab verməyib.
Bununla belə, Tramp “qarşıya seçim çıxa bilər” deyərək, ABŞ olmadan Şimali Atlantika Alyansının faktiki olaraq faydasız olduğu fikrini ifadə edib.