Tramp: Rusiya razılıq əldə etmək istəyir, lakin Zelenski....

ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenskidən sülh prosesi ilə bağlı hərəkət gözləyir.

APA xəbər verir ki, Tramp bununla bağlı jurnalistlərə müsahibəsi zamanı danışıb.

"Rusiya razılaşma əldə etmək istəyir. Zelenski hərəkətə keçməli olacaq. Əks halda, o, əla fürsəti əldən verəcək", - Tramp deyib.