
Tramp Rusiya-Ukrayna arasında sülhə çox maraqlıdır -Analitik
Yusif Nəzərli
11:06 13.11.2024
Dünya
562
“Vaşinqton Post” nəşri bildirib ki, ABŞ-ın yeni seçilən prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub: iddiaya görə, onlar Ukraynada hərbi əməliyyatların dayandırılmasını müzakirə ediblər. Tramp Ukraynadakı münaqişənin həllini müzakirə etmək üçün danışıqlarda maraqlı olduğunu bildirib. Kreml belə bir telefon danışığının olmasını təkzib edib. Lakin bununla belə iddia diqqət çəkir.
Politoloq Turan Rzayev "Sherg.az"a deyib ki, ümumiyyətlə, Tramp Rusiya-Ukrayna müharibəsinin uzandığını düşünür.
Ekspertə görə, münaqişənin həlli üçün nələrsə edəcəyi istisna deyil:

"Lakin bu, nə Ukraynaya dəstəyin birmənalı kəsilməsi kimi radikal qərarla, nə də Rusiyaya təzyiqlə olacaq. Tramp emosional olsa da, ağıllı və təcrübəli siyasətçidir. Ən əsası da biznesmendir. Yəni onun proseslərə baxışı daha çox maraqlar kontekstindədir. O, sülh istəyir, lakin belə bir sülh bərabərhüquqlu olmalıdır. “Vaşinqton Post” iddia edir ki, Tramp söhbət zamanı Ukraynaya dəstək xərcləri ilə bağlı narahatlıq ifadə edib. Hətta siyasətçi təklif edib ki, dünya Ukraynadan öz ərazisinin bir hissəsini, məsələn, Krımı Rusiyaya verməsini tələb edə bilər".
Analitik qeyd edib ki, ərazi hesabına sülhün əldə edilməsi variantı tez-tez dilə gətirilir:
"Lakin bu daha çox Putinin sülh təklifidir. Özü də bu variant çox ağır şərtləri özündə ehtiva edir. Ukrayna bunu çətin ki, qəbul etsin. Nəinki Ukrayna, Qərb də bu variantı qəbul etməz. Krımın ilhaqı ilə kifayətlənərək bu varianta korrektələr etmək olar, lakin bu da risklidir. Çünki Rusiya bundan cəsarətlənə bilər. Digər tərəfdən işğalın leqallaşması dünya siyasi sistemində bənzər hadisələrin təkrarlanmasına və intensiv hal almasına gətirib çıxarar. Trampın sülhdə maraqlı olması ən azından Rusiya ilə ABŞ arasında təmasların qurulmasına, danışıqların başlamasına səbəb ola bilər. Münaqişənin həlli asan və qısa müddətdə mümkün olmasa da, atəşkəsin təmin olunması, müəyyən razılığın əldə edilməsi mümkündür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı
Dörd bürcə XƏBƏRDARLIQ: daha diqqətli olmalıdırlar
09:05 15.11.2026
Cəmiyyət
Qışda maşını sürməzdən əvvəl neçə dəqiqə qızdırmaq lazımdır?
08:53 15.11.2026
Aktual
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb
08:11 15.11.2026
Dünya
“Salman Xan 6 həftə məni qorudu” - Oksana Rəsulova
07:59 15.11.2026
Şou
Z nəsli qızları keçəlləşmə təhlükəsi ilə üz-üzədir
07:23 15.11.2026
Sağlamlıq