ABŞ prezidenti Donald Tramp Rusiya və Çini Qrenlandiyaya yaxın Arktik sulardan çıxarmağa yalnız ABŞ-ın qadir olduğunu deyib.
APA xəbər verir ki, bu barədə Tramp özünün “Trusth Social” hesabında qeyd edib.
“NATO: Danimarkaya deyin onları buradan indi çıxarsın! İki it xizəyi kifayət etməyəcək. Bunu sadəcə ABŞ edə bilər”,- Tramp qeyd edib.
O, paylaşımın altına “Just the News”ə məxsus məqalənin linkini yerləşdirib.
Sözügedən məqalədə Danimarka hərbi kəşfiyyatının Rusiya və Çinin Qrenlandiyaya yaxın sularda öz hərbi mövcudluqlarını artırmaq niyyətləri ilə bağlı hesabatından danışılır.