Tramp Rusiyaya qarşı sanksiyalara razılıq verdi

ABŞ Prezidenti Donald Tramp Rusiya əleyhinə sanksiyaların gücləndirilməsinə yönəlmiş qanun layihəsini təsdiqləyib.

Axar.az xəbər verir ki, bunu respublikaçı senator Lindsi Qrehem deyib.

“Bu gün bir neçə məsələ üzrə çox məhsuldar görüşdən sonra Prezident Tramp aylardır üzərində işlədiyim Rusiya sanksiyaları ilə bağlı qanun layihəsinə razılıq verdi. Ümid edirəm ki, gələn həftənin əvvəlində hər iki partiya layihəyə səs verəcək”, - Qrehem bildirib.