Tramp Rusiyaya qarşı tətbiq edilən sanksiyaları bir il müddətinə uzadıb

ABŞ Prezidenti Donald Tramp Ukraynadakı vəziyyətlə əlaqədar əvvəllər Rusiyaya qarşı tətbiq edilən bir sıra sanksiyaları bir il müddətinə uzadıb.

APA xəbər verir ki, bu, Federal Reyestrdə təqdim edilən bildirişdə öz əksini tapıb.

Məlumata görə, uzadılma, ABŞ-ın 46-cı Prezidenti Co Baydenin administrasiyası tərəfindən 2022-ci ilin fevral ayında, Tramp administrasiyası tərəfindən 2018-ci ilin sentyabr ayında (birinci səlahiyyət müddəti ərzində) və ABŞ-ın 44-cü prezidenti Barak Obamanın administrasiyası tərəfindən 2014-cü ilin mart və dekabr aylarında Krımla bağlı Rusiyaya qarşı tətbiq edilən məhdudiyyətlərə aiddir.

Tramp hesab edir ki, bütün bu məhdudlaşdırıcı tədbirlər 6 mart 2026-cı ildən sonra da qüvvədə qalmalıdır.