Tramp Rza Pəhləvi ilə mümkün görüş barədə danışıb

ABŞ Prezidenti Donald Tramp İran şahının oğlu Rza Pəhləvi ilə mümkün görüşə münasibət bildirib.

APA xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə "Salem News Channel" telekanalının efirində danışıb.

Tramp qeyd edib ki, Pəhləvini izləyib və onun yaxşı insan təsiri bağışladığını düşünür, lakin hazırkı mərhələdə prezident kimi onunla görüşməyin uyğun olub-olmadığına əmin deyil.

ABŞ liderinin sözlərinə görə, bu mərhələdə hər kəsə prosesin gedişini izləmək və kimin önə çıxacağını görmək imkanı verilməlidir.

Tramp əlavə edib ki, hazırda belə bir görüşün məqsədəuyğun olub-olmadığına dair qəti mövqeyi yoxdur.