“Sülh Şurası ən əhəmiyyətli beynəlxalq təşkilat ola bilər”.
AZƏRTAC xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib. Dövlət başçısı bildirib ki, dünya liderləri şurada iştirak edir və çoxlu pul yatırırlar. “Düşünürəm ki, bu, Qəzzadan daha da irəli gedəcək və bütün dünyada sülh olacaq. Biz Birləşmiş Millətlər Təşkilatı ilə birlikdə işləyirik. BMT-nin böyük potensialı var. Onlar bu potensialı tam ortaya qoymayıblar, amma düşünürəm ki, bizə bir az kömək edə bilərlər. Biz bunu bəzi hallarda BMT ilə birlikdə edəcəyik”, - deyə Tramp vurğulayıb.