
Tramp Ukrayna savaşını dayandıra bilməyəcək -Analitik
Yusif Nəzərli
13:26 08.12.2024
Dünya
337
Yalnız bir liderin müdaxiləsi müharibənin taleyini həll etmək üçün yetərli olmaya bilər
ABŞ Ukrayna münaqişəsində mühüm rol oynayır, lakin bu, yeni seçilmiş Prezident Donald Trampın vəzifəyə başlaması ilə dəyişəcək.
Bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. O bildirib ki, Amerika olmasaydı, bu müharibə baş verməzdi. Amerika olmasaydı, bu münaqişə çoxdan bitərdi. Amerikanın iştirakı olmadan Ukrayna müqavimət göstərə bilməzdi.
Orban əlavə edib edib ki, Ukrayna ətrafında kritik vəziyyət yaranıb, çünki hakimiyyətdən gedən Bayden administrasiyası ona mümkün qədər geniş hərbi dəstək verməyə çalışır və gələn Tramp administrasiyası bu münaqişənin sülh yolu ilə həllinə sadiqdir.
Qeyd edək ki, hazırkı situasiyada nə rəsmi Moskva, nə də Kiyev ərazilərlə bağlı fikir ayrılığını kənara qoyub. Vladimir Putin işğal edilən əraziləri leqallaşdırmaq, Zelenski isə ərazilər geri qayıtmasa, sülh olmayacağı qənaətindədir. Bu baxımdan Rusiya və Ukraynanın Trampın təkliflərini və ya müdaxilələrini hansı formada nəzərdən keçirəcəyi isə hələlik sual doğurur.
Bu mövzu ilə bağlı “Sherg.az”a danışan siyasi şərhçi Vüqar Dadaşov bildirib ki, Ukrayna müharibəni Rusiyaya uduzub. Ancaq Rusiyanın hərbi qələbəsini siyasi-diplomatik reallığa çevirməsi mümkün görünmür:

“Qərb də Ukrayna ilə Rusiya arasında əbədi düşmənçilik yaratmaqla strateji siyasi qələbəsini qazanıb.
Hazırda Rusiya əldə etdiyi uğurları saxlamaq üçün müharibəni dayandırmaq və danışıqlara getməyə hazır tərəfdir. Ancaq Qərb müharibədən çıxmağa bir çox səbəblərə görə çətinlik çəkir. Əvvəla, Ukrayna özü məğlubiyyəti qəbul etmir və müharibəni davam etdirməkdə israrlıdır, baxmayaraq ki, hərbi resursları tükənib.
Əsas həlledici məqam isə ondadır ki, Rusiyanın işğalının rəsmiləşməsi presedent kimi, dünya üçün yeni təhlükələr vəd edir və dövlətlərin ərazi bütövlüyü, suverenliyinin artıq şərti anlayışa çevrilir. Həm də, suveren Ukrayna dövlətinin Qərbin, yaxud NATO-nun istəyi ilə deyil, Rusiyanın istəyi ilə parçalanması Rusiyanı kollektiv Qərb üzərində mütləq qalibə çevirir. Bütünlüklə kollektiv Qərbin, NATO İttifaqının bu nəticə ilə razılaşacağına inam azdır”.
Siyasi şərhçi bildirib ki, Donald Trampın ABŞ prezidenti seçilməsi ilə Rusiya-Ukrayna müharibəsinin dayanacağına ümidlər yaransa da, şərtlər Donald Trampın seçki öncəsi səsləndirdiyi fikirlərdən fərqli addımlar atmaq məcburiyyətindədir:
“Doğrudur, Donald Tramp yenidən ABŞ prezidenti olacağı təqdirdə Rusiya-Ukrayna müharibəsini tez bir zamanda bitirəcəyini dəfələrlə bəyan etmişdi. Noyabrın 5-də ABŞ-də keçirilən seçkidə Tramp qələbə qazandı və o, 2025-ci ilin 20 yanvarında and içərək səlahiyyətlərinə başlayacaq. Bu baxımdan, müharibənin bitməsi, yəni Trampın vədinə əməl edib-etməməsi ilə bağlı gözləntilər böyükdür. Təbii ki, belə bir iddia əsasən mürəkkəb beynəlxalq münaqişələrdə iştirak edən tərəflərin siyasi reallıqlarından və münasibətlərindən asılıdır. Tramp diplomatiya və danışıqlara fərqli yanaşacağını bəyan etdiyi üçün onun müharibə tərəflərinin maraqlarını necə uzlaşdıracağı, beynəlxalq ictimaiyyətin bu prosesə necə cəlb olunacağı təbii ki, maraq doğurur. Üstəlik, yalnız bir liderin müdaxiləsi müharibənin taleyini həll etmək üçün yetərli olmaya bilər. Bunun üçün çoxtərəfli və uzunmüddətli proses lazımdır. Tramp bir lider kimi fərqli diplomatiya yolunu təklif etsə də, müharibənin tərəfləri arasında əsas ziddiyyətlər həll olunmayana qədər davamlı sülhün mümkünlüyü sual altındadır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya
ABŞ və İran arasında dialoq yolu bağlandı
14:19 11.05.2026
Gündəm
Aİ Suriya ilə əməkdaşlıq sazişini tam şəkildə bərpa edib
14:10 11.05.2026
Dünya
Akif İslamzadənin vəziyyəti ilə bağlı OĞLUNDAN AÇIQLAMA
13:54 11.05.2026
Mədəniyyət
Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib
13:41 11.05.2026
Dünya
Ukrayna Putinin təklifini rədd etdi
13:33 11.05.2026
Gündəm
Suriya WUF13-də iştirak edəcək
13:26 11.05.2026
Siyasət
Gürcüstan yeni Katolikos-Patriarxını seçir
13:19 11.05.2026
Cənubi Qafqaz