Tramp: Ukrayna və Rusiya saziş imzalamağa yaxındır

Ukrayna və Rusiya arasında sülh sazişinin bağlanmasına yaxın olunduğunu bildirib.

APA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda keçirilən Milli Dua mərasimində çıxışı zamanı bildirib.

“Biz bu müharibəyə son qoymaq üçün ciddi şəkildə çalışırıq. Buna çox yaxınıq, demək olar ki, məqsədimizə çatmışıq”, – deyə Tramp vurğulayıb.

Qeyd edək ki, bəyanat Əbu-Dabidə aparılan danışıqların ikinci günündən sonra səsləndirilib.