Tramp Ukraynadakı münaqişəni həll edə biləcəyinə əmindir

ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə nail ola biləcəyinə əmindir və qeyd edib ki, ABŞ və Rusiyanın ticarət üçün əla potensialı var.

Teleqraf xəbər verir ki, o, bu barədə "Fox News"a müsahibəsində deyib.

"Düşünürəm ki, biz Rusiya ilə vəziyyəti həll edə bilərik. Bu, asan deyil. Müharibə var, amma ticarət üçün də böyük potensial var”, - o deyib.

Amerika lideri Rusiya Prezidenti Vladimir Putinlə də “yaxşı münasibət” olduğunu bir daha vurğulayıb.