Tramp və Zelenski Kiyevə təhlükəsizlik zəmanətləri üzrə əsas məsələləri razılaşdırıblar

ABŞ prezidenti Donald Trump və Ukrayna lideri Volodimir Zelenski dekabrda Mar-a-Laqoda keçirilən ikitərəfli görüşdə Kiyevə təhlükəsizlik zəmanətləri ilə bağlı məsələlərin böyük hissəsini razılaşdırıblar.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidentinin kürəkəni Jared Kuşner Parisdə keçirilən görüşün yekunlarına dair mətbuat konfransında bildirib.

“Düşünürəm ki, bu mövzu üzrə qalan məsələlərin çoxunu, bəlkə də hamısını həll edə bildilər”, — deyə Kuşner qeyd edib.