Tramp Venesuelada "böyük bir obyektin" dağıdıldığını elan etdi

Ötən həftə ABŞ hərbi qüvvələri Venesuelada böyük bir obyekti məhv edib.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp radio aparıcısı Con Katsimatidislə müsahibəsində bildirib.

"Venesuelada gəmilərin gəldiyi böyük bir zavod və ya obyekt var. İki gecə əvvəl biz onu vurduq. Biz onlara çox güclü zərbə endirdik", - Trampo bildirib.

Tramp söhbətin konkret hansı obyektdən getdiyini deməyib.

Dekabr ayında ABŞ Prezidenti Donald Tramp Venesuelaya gedən bütün sanksiyalı neft tankerlərinin hərtərəfli blokadasını elan edib. Ağ Ev həmçinin Venesuela hökumətini Vaşinqtonun aktivlərinin oğurlanmasına görə terror təşkilatları siyahısına salıb.