ABŞ Prezidenti Donald Tramp İranda bir müddətdir davam edən etiraz aksiyaları ilə bağlı açıqlama verib. Sherg.az xəbər verir ki,Tramp İranın indiyədək olmadığı qədər azadlığa yaxınlaşdığını iddia edərək, “İran xalqına kömək etməyə hazırıq” deyib.
ABŞ Prezidenti Donald Tramp Venesuela xalqını sevdiyini, İran xalqının isə “azadlığa yaxınlaşdığını” vurğulayıb.
Tramp ABŞ mərkəzli Truth Social sosial media platformasındakı hesabında Venesuela və İranla bağlı yeni paylaşımlar edərək, bu ölkələrin gələcəyinə dair fikirlərini bölüşüb.
Venesuela neftinin bazara çıxarılması ilə bağlı neft şirkətlərinin rəhbərləri ilə görüşdüyünü xatırladan Tramp paylaşımında belə yazıb:
“Venesuela xalqını sevirəm və Venesuelanı yenidən zəngin və təhlükəsiz edirəm. Bunu mümkün edən hər kəsi təbrik edirəm.”
ABŞ Prezidenti İranda bir müddətdir davam edən etirazlara diqqət çəkdiyi digər paylaşımında isə ABŞ-ın İran xalqına “kömək etməyə hazır olduğunu” bildirib.
Tramp, “İran, bəlkə də indiyədək heç vaxt olmadığı qədər azadlığa baxır”, – deyə qeyd edib.