ABŞ Prezidenti Donald Tramp, Türkiyə Prezidenti Rəcəb Tayyib Erdoğanı Qəzza Sülh Komitəsinin təsisçi üzvü olaraq dəvət edib. Komitə, Qəzzada təhlükəsizliyin təmin olunması və şəhərin yenidən bərpasından məsul olacaq.
Sherg.az xəbər verir ki, Türkiyə Prezidenti Administrasiyasından Burhanettin Duran bildirib ki, bu addım BMT Təhlükəsizlik Şurasının 2803 saylı qərarına əsaslanır və Tramp tərəfindən elan edilmiş “Qəzza Münaqişəsini Həll Etmək üçün Əhatəli Plan”ın bir hissəsidir.
Tramp 16 yanvar 2026-cı il tarixində göndərdiyi məktubda Erdoğan-ı qurucu üzv kimi iştirak etməyə dəvət edib.