
Trampdan razılıq olarsa, İsrail İranın ən zəif dövründə ona zərbələr endirə bilər -Politoloq
Yusif Nəzərli
10:12 31.01.2025
Dünya
580
Aylardır İran 2-3 gündən bir irimiqyaslı və intensiv hərbi təlimlər keçirir. Bunun iki məqsədi var: birincisi, İrana hücum etməyin lazım olmadığını xarici dünyaya göstərmək, ikincisi, öz cəmiyyətini arxayınlaşdırmaq.
Bu sözləri yerli mediaya geniş müsahibəsində erməni ekspert Sergey Melkonyan deyib.
O bildirib ki, İranın ciddi şəkildə müharibəyə hazırlaşması göz qabağındadır:
“İrana qarşı zərbənin olub-olmaması yalnız Netanyahunun (İsrail baş naziri – red.) özünü necə təqdim edəcəyindən asılıdır. Beləliklə, bizim həm eskalasiya, həm də deeskalasiya göstəricilərimiz var”.
Politoloq Oqtay Qasımov "Sherg.az"a deyib ki, İran və İsrail arasında keçən il baş verən qarşıdurmanın səbəbləri bəlli idi:

"İranda molla rejimi qurulandan Yaxın və Orta Şərqdə özünün proksi qüvvələrini yaratmaqla İsraili mühasirəyə alaraq diz çökdürmək istəyirdilər. Bu qruplaşmalara Suriyada Bəşər, Livanda Hizbullah, Qəzzada HƏMAS və Yəməndə Husiləri qeyd edə bilərik. Məhz 2023-cü ildə İranın təhriki ilə HƏMAS-ın İsrailə hücumları oldu. Nəticədə bölgədə qanlı savaş başladı ki, bitməsi bundan sonra da zaman alacaq. Atəşkəs imzalansa da, müəyyən insidentləri hələ də görməkdəyik. İsrail 2023-cü ilin sonu və 2024-cü il ərzində İranla faktiki olaraq, 5 cəbhədə müharibə apardı. Nəzərə alsaq ki, ötən il rəsmi Tehran 2 dəfə İsrail ərazisinə dron və raketlərlə hücum təşkil etsə də, məqsədinə çata bilmədi. Əksinə, rəsmi Qüdsün 2024-cü ilin oktyabrında həyata keçirdiyi cavab hücumları daha çox effektiv nəticə verdi. Belə ki, İranın hava hücumundan müdafiə sistemlərinin əhəmiyyətli hissəsi sıradan çıxarıldı. Bununla yanaşı, Tehran uzun müddətdən bəri tez-tez hərbi təlimlər keçirmək və bu sahədə ritorikanı yüksəltməklə həm dünyaya mesaj verməyə çalışır ki, İrana hücum etmək qarşı tərəfə baha başa gələ bilər, həm də daxili auditoriyanı nisbətən sakitləşdirmək istəyir. Eyni zamanda bütün bunların icrası kifayət qədər ciddi vəsait tələb edir və molla rejimi korrupsiyalaşır".
Politoloq vurğulayıb ki, Yaxın zamanda İran-İsrail müharibəsinin başlayacağını proqnozlaşdırmaq çətindir:
"Bu, daha çox ABŞ Prezidentinin pozisiyasından asılıdır. Donald Tramp İrana qarşı sərt mövqedə olsa da, perspektivdə bu dövlətlə savaşa başlamaq istəyib-istəməməsi də sual altındadır. Baxmayaraq ki, onun müşaviri bir müddət öncə İrana qarşı hərəkət etməyin vaxtının çatdığı ilə bağlı paylaşım etmişdi. İsrail bu məsələləri ABŞ ilə koordinasiya edir. Əgər Trampdan razılıq olarsa, İsrail İranın hazırkı ən zəif dövründə zərbələr endirə bilər. Çünki keçən il rəsmi Tehran üçün çox uğursuz oldu. Çünki 2024-cü ilin sonunda Yaxın və Orta Şərqdəki mövqelərini ciddi şəkildə itirdi".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb
17:27 14.10.2026
Gündəm
Lavrov Bakıya gəldi
17:23 14.10.2026
Gündəm
Rusiya müharibəni qələbə qazanmadan dayandırmayacaq - POLİTOLOQ
17:02 14.10.2026
Gündəm
Ermənistan Türkiyə sərhədinin açılmasına möhtacdır - ŞƏRH
17:01 14.10.2026
Gündəm
Əməkdar jurnalist Ənvər Qafarlı vəfat edib
16:49 14.10.2026
Cəmiyyət
Netanyahu İranda hakimiyyət dəyişikliyi üçün vaxt verdi
16:24 14.10.2026
Gündəm
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəldi
16:21 14.10.2026
Gündəm
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib - FOTO
15:55 14.10.2026
Aktual
Kreml: Putin və Tramp arasında görüş hələ razılaşdırılmayıb
15:10 14.10.2026
Gündəm
Aİ Ukraynaya 2,86 milyard avro ayırdı
15:06 14.10.2026
Gündəm
Bu evlərə “kupça”a verilməyəcək
14:42 14.10.2026
Sosial
Pensiya alanlara ŞAD XƏBƏR!
14:00 14.10.2026
Sosial
Bacısı oğluna işgəncə verən falçı...
13:58 14.10.2026
Hadisə
Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib
13:55 14.10.2026
Gündəm