ABŞ hələ İrana ciddi zərbə endirməyə başlamayıb.
Axar.az xəbər verir ki, bu açıqlama ilə ABŞ Prezidenti Donald Tramp çıxış edib.
O, hücumun daha da güclənəcəyini qeyd edib:
"Böyük dalğa hələ də çatmayıb, tezliklə gələcək".
Qeyd edək ki, İsrail və ABŞ 28 fevraldan İrana qarşı hərbi əməliyyata başlayıb. Zərbələr nəticəsində İranın ali dini lideri Əli Xamenei başda olmaqla, onlarla yüksək səviyyəli məmur ölüb.