Trampın boynundakı qırmızı ləkə gündəm oldu: Ağ Evdən açıqlama var

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə təşkil olunan Şərəf Medalı mərasiminə qatılıb.

Sherg.az xəbər verir ki, mərasimdə çəkilən çoxsaylı fotolarda Trampın boynunun sağ tərəfində qırmızı ləkə görünüb.

Görüntülərdə ləkənin olduğu nahiyədə bəzi yerlərdə qabıqlanma da diqqət çəkib.

Amerika mətbuatında yayılan bu görüntülərdən sonra Trampın sağlamlıq vəziyyəti yenidən gündəmə gəlib.

Tramp daha əvvəl də əllərində aydın görünən göyərmələrlə fotoşəkillərdə əks olunmuşdu. Həmin göyərmələrin prezidentin intensiv əl sıxma tempi ilə əlaqədar olduğu bildirilmişdi.

Ağ Evdən verilən açıqlamada Trampın boynundakı qırmızı ləkənin istifadə etdiyi dəri kremindən qaynaqlandığı iddia olunub. Açıqlamada qeyd edilib ki, Tramp həmin kremdən bir neçə həftə istifadə edəcək və “Qızartının bir neçə həftə ərzində keçməsi gözlənilir.”