Siyasətçilərin əmri ilə həyatlarını təhlükəyə atan və Amerika əsgərləri ilə çiyin-çiyinə vuruşan qoşunların fədakarlığını sorğulamaq qəbuledilməzdir.
Axar.az xəbər verir ki, bunu Danimarkanın Baş naziri Mette Frederiksen ABŞ Prezidenti Donald Trampın NATO-nun Əfqanıstandakı missiyası ilə bağlı açıqlamalarını şərh edərkən bildirib.
“Əfqanıstandakı 20 illik missiya ərzində 44 danimarkalı əsgər həlak olub, Norveç isə 10 əsgərini itirib”, - baş nazir vurğulayıb.
Qeyd edək ki, daha öncə Tramp açıqlamasında NATO əsgərlərinin Əfqanıstan missiyası zamanı “kənarda qaldığını” və cəbhə xəttindən yayındığını söyləyib.