Almaniya və digər Avropa ölkələrinin ABŞ-la hazırkı əlaqələri münasibətlərin qırılması deyil, böhran kimi xarakterizə etmək olar.
Axar.az xəbər verir ki, bunu Almaniyanın Bavariya əyalətinin baş naziri, Xristian Sosial Birliyinin lideri Markus Zöder deyib.
“Bir şeyi qeyd edim ki, amerikalılar olmasa, bizə asan olmayacaq. Bununla belə, biz müəyyən məsələləri qeyd etməyə borcluyuq: ABŞ Prezidentinin Donald Trampın çətin dövrlərdə avropalıların guya kifayət qədər az iş gördükləri barədə fəlsəfə yürütməsi...
Mən yalnız bir cavab verə bilərəm: 11 sentyabr 2001-ci il-də olan terror aktlarından sonra kömək üçün müraciət edəndə biz onun yanında idik”, - deyə Zöder bildirib.