Avropa Birliyi istər Kiprdə, Latın Amerikasında, Qrenlandiyada, istərsə də Ukraynada və ya Qəzzada beynəlxalq hüququn pozulmasını qəbul edə bilməz.
Axar.az xəbər verir ki, bunu Avropa Şurasının Prezidenti Antonio Kosta deyib.
“Qrenlandiya öz xalqına məxsusdur. Danimarka və ya Qrenlandiya haqqında Danimarkasız və ya Qrenlandiyasız heç bir qərar verilə bilməz.
Onlar Avropa Birliyinin tam dəstəyinə və həmrəyliyinə malikdirlər”, - Kosta bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Qrenlandiyanı ilhaq etmək niyyətini açıq şəkildə ifadə edib.