ABŞ prezidenti Donald Trampın Mar-a-Laqo iqamətgahına silahla daxil olmağa cəhd edən və zərərsizləşdirilən şəxsin kimliyi müəyyən edilib.
Teleqraf "New York Post" nəşrinə istinadən xəbər verilir ki, söhbət Şimali Karolina ştatının Kameron şəhərindən olan 21 yaşlı Ostin Taker Martindən gedir.
Məlumata görə, o, zərərsizləşdirilməzdən az əvvəl anası tərəfindən itkin düşmüş şəxs kimi axtarışa verilib.
Xatırladaq ki, daha əvvəl ABŞ Məxfi Xidməti Trampın Mar-a-Laqo iqamətgahının ərazisinə girməyə çalışan silahlı şəxsi məhv edib. Neytrallaşdırılan şəxsin üzərindən tapança və bir kanistr tapıldığı bildirilib.