Trampın israrlı etirazı bir az da sürəcək
Turan
08:01 20.11.2020
Dünya
665
Ancaq sonda hakimiyyət səssizcə Co Baydenə ötürüləcək
"Amerikanın xarici siyasət kursunda ciddi dəyişiklik olmayacaq. Atılan hər addım, verilən hər qərar Vaşinqtonun maraqları çərçivəsində müəyyənləşdiriləcək"
ABŞ-da yeni prezident seçilmiş Co Bayden öz milli təhlükəsizlik müşavirləri ilə görüşüb. Lakin onların sırasında hökumətin kəşfiyyat təhlilçiləri olmayıb. Görünən odur ki, Donald Tramp Baydenin prezidentliyə keçidini əngəlləməkdə davam edir. Tramp dəfələrlə seçkiləri udduğunu və Baydenin qələbəsini tanımadığını vurğulayır. Baydenin rəsmi hakimiyyətə keçidə başlaması üçün Baş Xidmətlər Administrasiyası onun qələbəsini sertifikatlaşdıran sənəd imzalamalıdır. Lakin Tramp həmin sənədin imzalanmasına mane olur. Seçki prosesinə nəzarət edən rəsmilər isə vurğulayıblar ki, onlar nəticələrə təsir göstərməyəcək xırda qanunsuzluqlar istisna olmaqla geniş miqyasda seçki saxtakarlıqları aşkar etməyiblər.
Trampın israrlı etirazını “Şərq”ə analiz edən politoloq Natiq Miri vurğulayıb ki, eks prezidentin dirənişi bəzi əyalətlərdə səslərin yenidən sayılması ilə əlaqəlidir. Siyasi şərhçinin sözlərinə görə, hazırda məhkəmə prosesləri gedir. Bütün səslər sayılandan və nəticəyə təsir edib-etmədiyi bəlli olandan sonra Tramp etirazlara son verəcək və məğlubiyyətini qəbul edəcək. Hakimiyyət səssizcə Co Baydenə ötürüləcək:
“Nəticələr rəsmən açıqlanmadığı üçün Tramp yüksək səs tonu ilə danışmağa davam edir. Yanvar ayının 21-nə bir həftə qalmışa, yəni yekun nəticə açıqlananadək Tramp narazılığını sürdürəcək.
Trampın israrlı etirazının səbəbi odur ki, o, bəhs edilən əyalətlərdə uduzduğuna inanmır. Amma reallıq fərqli mənzərəni ortaya qoyur.
Düzdür, Tramp seçkidən öncə poçt vasitəsi ilə səsvermənin əleyhinə idi. İndi düşünür ki, maliyyə şəbəkələri onu sevmədikləri üçün poçt vasitəsi ilə həyata keçirilən səsvermə prosesinə müdaxilə ediblər. Görünür, sabiq prezident seçki saxtakarlığından əmindir və nəticəni öz xeyrinə çevirəcəyinə ümid bəsləyir”.
Analitik yeni prezidentin Amerikanın xarici siyasətində dəyişiklik etməyəcəyini düşünür:
“ABŞ-ın xarici siyasət prioritetləri prezidentlərin şəxsi düşüncələri və fəaliyyətləri ilə bağlı olmur. Fundamental məsələlər 4 illik deyil, 10 illiklər üçün hesablanır və regionda baş verən geosiyasi dəyişikliklərlə əlaqəli olur.
O baxımdan Co Baydendən sonra Amerikanın xarici siyasət kursunda ciddi dəyişiklik olmayacaq. Atılan hər addım, verilən hər qərar Vaşinqtonun maraqları çərçivəsində müəyyənləşdiriləcək.
Ağ Evin Rusiya, Türkiyə və Çinə münasibətini geosiyasi maraqlar təyin edəcək. Bəzi strukturlar, xüsusən qanunverici orqan, lobbilər, maliyyə şəbəkələri Amerikanın siyasətinə qısamüddətli təsir göstərir. Ancaq geniş anlamda xarici siyasəti dəyişməyi bacarmır. Bu məsələdə əhəmiyyəti rolu Amerikanın “dərin dövləti” oynayır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya