İranda 28 dekabrdan bəri davam edən hökumət əleyhinə etirazlarla bağlı qorxunc iddia irəli sürülüb. İranlı rəsminin sözlərinə görə, təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində indiyədək təxminən 2 min nəfər həyatını itirib.
Bu arada ABŞ Prezidenti Donald Tramp Tehrana qarşı “çox güclü seçimləri” nəzərdən keçirdiklərini açıqlayıb. Sherg.az-ın məlumatına görə, The Telegraph yazır ki, Trampın masasındakı dörd əsas ssenariyə məhdud hərbi zərbələr, genişmiqyaslı əməliyyat, İranın ali dini lideri Əli Xameneiyə qarşı sui‑qəsd ehtimalı və kiberhücumlar daxildir.
İran rəhbərliyi isə ABŞ-yə sərt cavab verərək, hər hansı müdaxilə halında bölgədəki Amerika bazalarının və gəmilərinin hədəf olacağını bəyan edib.