
Trampın niyyəti nə Qrenlandiyanı, nə Kanadanı, nə də Panamanı işğal etməkdir -RƏY
Yusif Nəzərli
03:13 15.01.2025
Dünya
485
Məqsəd Çinin ticarət gücünə zərbə vurmaqdır
ABŞ Konqresindəki respublikaçılar ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampa vəzifəyə gəldikdən dərhal sonra Qrenlandiyanın alınması ilə bağlı danışıqlara başlamağa icazə verən qanun layihəsi hazırlayıb. Bu barədə sənədin surətini əldə edən “Röyters” agentliyi məlumat yayıb. Məlumata görə, qanun layihəsi Trampın “Amerikanı yenidən əzəmətli et” şüarı ilə analoji olaraq Qrenlandiyanı “Yenidən Böyük Et Aktı” adlandırılıb. Qanun layihəsini Nümayəndələr Palatasından Endi Oqls və Diana Harşbarger (hər ikisi Tennessi ştatı) hazırlayıb. Yanvarın 13-ü səhərə olan məlumata görə, onu 10 qanunverici dəstəkləyib. Digər məlumata görə, Danimarka hökuməti ABŞ-nin yeni administrasiyası ilə Arktika əraziləri üzrə dialoqa hazır olduğunu təsdiqləyib. Danimarka xarici işlər naziri Lars Lyokke Rasmussen deyib ki, amerikalıların Arktikada təhlükəsizlik vəziyyəti ilə bağlı müəyyən narahatlıqları var ki, bunu Danimarka tərəfi də bölüşür: "Buna görə də Danimarka Qrenlandiya ilə sıx əməkdaşlıq edərək, Amerika tərəfinin qanuni maraqlarını təmin etmək üçün ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampla danışıqları davam etdirməyə hazırdır”. Qeyd edək ki, bir neçə gün öncə Donald Tramp Çin və Rusiya təhdidindən qorunmaq üçün Qrenlandiyanın ABŞ-nin tərkibinə daxil edilməli olduğunu bildirmişdi. Trampın ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Maykl Uolts "ABS Nyus" telekanalına müsahibəsində deyib ki, ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp Qrenlandiya və Panama kanalı üzərində Amerikanın nəzarətini bərqərar etmək üçün güc tətbiqini istisna etməyib. O, bu məsələdə bütün variantların açıq olduğunu təsdiqləyib. Uoltsun sözlərinə görə, ABŞ Arktikada və Qərb yarımkürəsində çox ciddi təhlükələrlə üzləşib: "Cənub Komandanlığımıza cavabdeh olan general Laura Riçardson keçən il Çin dövlət müəssisələrinin Panama kanalının hissələrini və hər iki tərəfdəki limanları satın almaları barədə ifadə verdi. ABŞ və dünya arasında yüklərin 70 faizi, neft və qaz da daxil olmaqla, Panama kanalından keçir. Kanal ABŞ-nin hərbi logistikası üçün həlledicidir. ABŞ-nin müdaxiləsini və Panama kanalındakı kritik aktivlərini qorumasını tələb edən elementlər var". O qeyd edib ki, Qrenlandiya üçün də müəyyən narahatlıqlar mövcuddur: "Danimarkada adanın müdafiəsi üçün müəyyən komanda, Rusiyanın isə 60 buzqıran gəmisi var. Üstəlik, ada kritik mineralların böyük ehtiyatlarına malikdir. Tramp ABŞ-nin maraqlarını qorumaq üçün böyük və qəti addımlar atmağa hazırdır".
Politoloq Turan Rzayev "Sherg.az"a deyib ki, bir neçə gün öncə Donald Tramp Çin və Rusiya təhdidindən qorunmaq üçün Qrenlandiyanın ABŞ-nin tərkibinə daxil edilməli olduğunu bildirmişdi. Görünür, bu açıqlama Danimarkanı narahat edib və danışıqlara başlamaq üçün razı salıb:

"Əslində, Trampın niyyəti nə Qrenlandiyanı, nə Kanadanı, nə də Panamanı işğal etməkdir. Kanada və Qrenlandiya xüsusilə son illər dəyər qazanıb. Qlobal istiləşmə Arktikada buzları sürətlə əridir. Bu isə regionun təbii sərvətlərindən istifadəyə təşviq edir. Çin uzun illərdir Arktika regionunda tədqiqat aparır və təbii sərvətlərini istismar etmək istəyir. Pekinin regionla quru əlaqəsi yoxdur, lakin Rusiya ilə Sibir üzərindən Arktika regionunun birgə istifadəsinə dair razılaşmalar əldə edilib. Çin Danimarka, Kanada ilə də bənzər sazişlər imzalamaq istəyir, Vaşinqton isə buna mane olur. Trampın əsas hədəfi ABŞ-nin maraqlarına uyğun saziş imzalamaqdır. Hansı ki, bu sazişlə Vaşinqton həm Kanada, həm də Qrenlandiyanın Arktika regionundakı təbii sərvətlərini çıxarıb, öz iqtisadi gücünü artırmaq istəyir. Bundan başqa, o, həm də Pekinin planlarını pozmaq niyyətindədir. Məsələn, Trampın Panama həmləsinin əsas səbəbi də Çinin kanal üzərindən keçən ticarət gücünə zərbə vurmaqdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Miranda Kerr: “Yumurta üçün darıxıram”
14:51 18.10.2026
Şou
25-30 ildən sonra dünyada ölüm halları artacaq
14:18 18.10.2026
Sağlamlıq
“Uzak şehir”də rol alacaq
13:45 18.10.2026
Şou
Erlinq Holann İngiltərə Premyer Liqasında yeni uğura imza atıb
13:39 18.10.2026
Futbol
İranın yeni müdafiə naziri ABŞ-a xəbərdarlıq edib
13:36 18.10.2026
Dünya
Bolqarıstan sərhədində 30 kilometrlik TIR növbəsi yaranıb
13:31 18.10.2026
Hadisə
İranda yeni müdafiə naziri təyin olundu
13:20 18.10.2026
Region
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
12:57 18.10.2026
Maraqlı
Müstəqilliyi əldə etmək qədər onu qorumaq da çətindir - ŞƏRH
12:43 18.10.2026
Gündəm
"Barselona" "Real"ın rekordunu təkrarlayıb
12:27 18.10.2026
Futbol
Lökbatanda anbarda yanğın olub - FOTO
12:17 18.10.2026
Hadisə
Fransada etirazlar zamanı 855 nəfər saxlanılıb
11:45 18.10.2026
Dünya
Litvada PUA səbəbindən hava həyəcanı elan edildi
11:39 18.10.2026
Dünya
Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi
11:34 18.10.2026
İnfrastruktur
İsraillə müharibə olarsa, NATO Türkiyəni tək qoyacaq
11:31 18.10.2026
Dünya