Trampın "radikal solçular" adlandırdığı siyasi rəqibləri qarşıdan gələn ABŞ seçkilərində qalib gələrsə, bu, ABŞ-ın sonu ola bilər.
Axar.az xəbər verir ki, bu sözləri məşhur milyarder İlon Mask deyib.
Mask qeyd edib ki, səbəblər çoxdur, ancaq onların arasında miqrasiya məsələsinə münasibət də var:
“Əgər “radikal solçular” qalib gəlsə, Amerikanın sonu olacaq. Onlar qanunsuz miqrasiya və saxtakarlığa qapı açacaqlar. Və sonra Amerika olmayacaq”.
Qeyd edək ki, Mask Donald Trampın bu ilin noyabr ayında keçiriləcək ara seçkilərdə nəzarəti saxlaya bilməsi üçün Respublikaçılar Partiyasını maliyələşdirir.