Trampın siyasətindən narazı olan qüvvələr çoxdur: Etirazlar ümummilli aksiyalara çevrilir
Turan
14:31 02.06.2020
Dünya
967
“ABŞ-da baş verən iğtişaşlar etiraz aksiyaları deyil, terror aktlarıdır”. Bu sözləri Amerika prezidenti Donald Tramp deyib. Son günlər yaşanan iğtişaşlarla bağlı xalqa müraciət edən Tramp bildirib ki, Linkoln və II Dünya Müharibəsi abidələri vandalların hücumuna məruz qalıb:
“Bu, dinc etiraz aksiyası deyil, daxili terror aktlarıdır. Günahsız insanların öldürülməsi insanlığa və Allaha qarşı cinayətdir”. Amerikalı lider mövcud iğtişaşlara son qoymaq üçün federal hökumətin bütün qüvvələrinin səfərbər olunduğunu bildirib. Onun sözlərinə görə, ABŞ federal hökuməti silahlı qüvvələrdən ölkədə qanun və qaydanı bərpa etmək üçün istifadə etməyə hazırdır.
Amerikadakı prosesləri “Sherg.az”a dəyərləndirən politoloq Qabil Hüseynli bildirib ki, ABŞ bir neçə əsrdir irqi ayrıseçkiliyin mövcud olduğu ölkədir.
Siyasi şərhçinin sözlərinə görə, Amerikada qaradərili insanlara qarşı həmişə ayrıseçkilik olub və onlara ikinci dərəcəli canlı kimi baxıblar:
“İkinci Dünya Müharibəsindən sonra Amerikada vəziyyət bir qədər dəyişdi. Qaradərili insanlar öz haqqları uğrunda mübarizəyə başladılar. Mübarizənin önündə Martin Lüter Kinq dayanırdı. Ölkə liberallaşdıqca qaradərili insanların vətəndaşlıq hüquqları bərpa edildi. Zamanla onlar da ağdərililərlə eyni hüquqa malik oldular. Ancaq buna rəğmən Amerikada müəyyən komplekslər qalmaqdadır. Ağdərililər hələ də qaradərililərə ehtiyatla yanaşır. Üstəlik, qaradərili insanların bir qismi kriminal aləmlə çox sıx bağlıdır. Amerikanın ən böyük şəhəri olan Nyuyorkda kriminal aləmin başçıları zəncilərdir. Onlar şəhərin gecələrini kabusa çevirirlər. Məhz bu kimi səbəblər ağdərili polislərin zəncilərə mənfi münasibət sərgiləməsinə gətirib çıxarır. Ağdərili polis qaradərili istənilən vətəndaşı potensial cinayətkar sayır və onlarla qarşı-qarşıya gəldikdə çox sərt davranırlar. Bunun digər səbəbi isə vətəndaşların əksəriyyətində odlu silah olması düşüncəsidir. Polis ilk anda silaha əl ataraq, qaradərili “suçlunu” zərərsizləşdirməyə çalışır”.
Q.Hüseynli vurğulayıb ki, ötən gün ABŞ-da qaradərili insanın ölümü ilə nəticələnən hadisə açıq-aşkar insan hüquqlarının pozulması, bütün sərhədlərin aşılmasıdır:
“Bu olay hüquqi məsuliyyət yaradır. İlk mərhələdə sadəcə qaradərililər etiraz aksiyalarına başladılar, ardınca isə hökumətdən narazı olan ağdərili vətəndaşlar küçələrə axışdılar. ABŞ-dakı fövqəladə vəziyyət insanların əsəblərini gərdi. Onların etiraz aksiyasına qoşulması ilə iğtişaşlar milli hərəkata çevrildi. Ölkədə Trampın siyasətindən narazı olan qüvvələr çoxdur. Yaranmış fürsətdən istifadə edərək olayları qızışdırırlar. Məqsəd qaradərililərin etirazını ümummilli aksiyalara çevirməkdir. Hər halda baş verənlər Trampın reytinqinə mənfi təsir göstərir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünya "üçüncü yol" axtarışında Türkiyəyə yönəlir - TƏHLİL
17:21 20.04.2026
Gündəm
Kremldən xəbərdarlıq: Hörmüzdə vəziyyət nəzarətdən çıxa bilər
17:06 20.04.2026
Gündəm
Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb
16:58 20.04.2026
Texnologiya
Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü - YENİLƏNDİ
16:45 20.04.2026
Gündəm
Leysan, sel, yanğın zamanı evə dəyən zərəri kim ödəməlidir?
16:27 20.04.2026
İqtisadiyyat
İrəvan-Astana-İrəvan marşrutu üzrə uçuşlar başlayıb
16:11 20.04.2026
Aktual
AzTV-də struktur islahatı gedir: nələr dəyişir?
16:01 20.04.2026
Media
Böyük savaşın ikinci mərhələsi başlayır - ŞƏRH
15:40 20.04.2026
Gündəm
Çin lideri: Hörmüz boğazı açıq qalmalıdır
15:24 20.04.2026
Dünya
Robotlar insanları keçdi: Marafonda rekord qırıldı
15:03 20.04.2026
Texnologiya
Ermənistan Ordusunun generalı axtarışa verildi
14:57 20.04.2026
Region
Macarıstanın yeni hökumətində hazırkından daha çox nazir olacaq
14:56 20.04.2026
Dünya
Paşinyan: Ermənistan KTMT-də fəaliyyətini bərpa etməyəcək
14:55 20.04.2026
Region
Macarıstanın ən gözəl qadını parlament sədri olacaq
14:31 20.04.2026
Gündəm