ABŞ Prezidenti Donald Tramp seçkilərdən əvvəl Ukraynadakı münaqişəni 24 saat ərzində bitirəcəyini azı 83 dəfə bəyan edib.
Teleqraf xəbər verir ki, bu barədə The New York Times (NYT) nəşri məlumat yayıb.
Tramp 2023-cü ilin iyununda Vaşinqtonda çıxışı zamanı bildirmişdi ki, Ukraynadakı münaqişənin həlli digər məsələlərlə müqayisədə daha asandır və o bunu 24 saat ərzində həll edə bilər.
2025-ci il dekabrın 28-də Donald Tramp Vladimir Putinlə telefon danışığı aparıb. Daha sonra o Floridadakı Mar-a-Laqo iqamətgahında Volodimir Zelenski ilə görüşüb. Görüşün yekunlarına dair Kiyev və Vaşinqton planın son mərhələdə olduğunu bəyan etsələr də, münaqişə hələ də başa çatmayıb.
Yanvarın 20-də Trampın Prezident kimi and içməsindən bir il ötür. Lakin bundan əvvəl – yanvarın 14-də o, Ukrayna müharibəsini 24 saat ərzində bitirəcəyi ilə bağlı əvvəlki vədindən imtina edib.
Hazırda münaqişənin həllində ən mürəkkəb məsələlərdən biri ərazi ilə bağlı problemlər olaraq qalır. Bununla yanaşı, son açıqlamalara əsasən, Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı razılaşmalar demək olar ki, tamamlanıb.