Türkiyə ABŞ-nin İranın nüvə obyektlərinə hücumundan narahatdır

Türkiyə ABŞ-ın İran İslam Respublikasının nüvə obyektlərinə hücumunun mümkün nəticələrindən dərin narahatdır.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Qeyd olunub ki, İranın nüvə proqramı ilə bağlı mübahisənin həllinin yeganə yolu danışıqlardır.