"Türkiyə Aralıq dənizindəki planları pozacaq !" - AKTUAL
Turan
08:07 10.08.2020
Dünya
758
“Fransa, Misir və Yunanıstanın dənizdə birgə hərbi fəaliyyətə keçiblər”
“Burada qalib olan tərəf beynəlxalq münasibətlər sistemində söz sahibi olacaq”
“Türkiyənin şansı daha çoxdur”
“Türkiyənin Azərbaycanla birgə hərbi təlimləri Cənubi Qafqazda mövqeyinin güclənməsinə və yeni geosiyasi nizamda təsirli ölkə statusunun formalaşmasına gətirib çıxarır”.
Bu barədə “Sherg.az”a politoloq Məhəmməd Əsədullazadə deyib.
Siyasi şərhçi bildirib ki, Ankaranın Aralıq dənizində, Şimali Afrikada, Yaxın Şərqdə hərbi-siyasi uğurları Ankaraya qarşı NATO müttəfiqlərinin narahatlığına səbəb olub:
“Türkiyəyə qarşı Yunanstan və Fransanın birgə hərəkətə keçməsi, həmçinin ABŞ-ın Suriyada terror təşkilatı olan YPG ilə neft alışı barədə ticari müqavilə bağlaması, Ankaranın regionda artan fəaliyyətinin qarşısının alınmasına hesablanıb.
Üç müttəfiq NATO ölkəsinin digər müttəfiqə qarşı təcavüzkar planı NATO-nun zəifləməsinə gətirə bilər.
Fransa və Yunanıstan arasında birgə hərbi hərəkətlilik, həmçinin Yunanıstan və Misir arasında Aralıq dənizində demarkasiya müqaviləsi Aralıq dənizində suların isinməsinə gətirəcək.
Misirin Türkiyə əleyhinə fəaliyyəti onun hazırkı siyasətində heç də uğur gətirməyəcək. Türkiyə və Liviya arasında bağlanmış məlum müqaviləyə qarşı olan Misir və Yunan sazişi beynəlxalq hüquqa ziddi olaraq Aralıq dənizi regionunda təhlükəsilziyi təhdid edəcək”.
Analitik bildirib ki, Türkiyəyə İngiltərə, İtaliya və digər Avropa ölkələri dəstək verir. Bu ölkələr Fransanın regionda güclənməsində maraqlı deyil:
“Yunanıstan tərəfi Türkiyə ilə danışıqlarda maraqlı olduqlarını elan edərək Ankara ilə danışıqlar masasına oturur. Artıq yunan rəsmilər Ankaradadır. Bununla bərabər Fransa ilə Aralıq dənizində birgə hərbi fəaliyyətə keçiblər. Amma Türkiyə Fransa, Misir və Yunanıstanın Aralıq dənizində planlarını pozacaq.
Bu ölkələr Türkiyənin fəaliyyətinin qəbul edilməsinə məcbur olacaqlar. Fransanın təhrikedici fəaliyyətinin də Türkiyə tərəfindən qarşısı alınacaq.
Aralıq dənizində kiçik insdentlər olsa da, bu, tərəflər arasında genişmiqyaslı müharibənin başlanmasına gətirməyəcək. Yunanıstan, ümumiyyətlə Türkiyə ilə müharibədən çəkinir.
Fransanın isə tarixi Çanaqqala acı nəticəsi var. Aralıq dənizində baş verənlər geosiyasi böhrana doğru gedir. Burada qalib olan tərəf beynəlxalq münasibətlər sistemində söz sahibi olacaq. Türkiyənin şansı daha çoxdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya