Avropanın müdafiə qabiliyyətinin gücləndirilməsi vacibdir. Avropa ölkələrinin gələcək təhlükəsizlik strukturu müzakirə edilməlidir.
Teleqraf xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan bunu "Əl-Cəzirə" yə verdiyi müsahibədə bildirib.
“Əgər özümüzü ABŞ və Avropa arasında bölünmüş vəziyyətdə tapırıqsa, düşünürəm ki, Avropa müdafiə qabiliyyətlərini hər hansı bir vasitə ilə artırmalıdır. Biz təklif edirik ki, Böyük Britaniya, Türkiyə və bəzi əsas Avropa ölkələri bir araya gəlib keyfiyyətli müzakirələr aparsınlar”, - deyə Fidan bildirib.
O əlavə edib ki, NATO təhlükəsizlik üçün əsas platforma olaraq qalır.
O, transatlantik alyansda ciddi problemlərin mövcudluğunu təsdiqləyib:
"Buraya Rusiya ilə Ukrayna arasındakı münaqişə, ABŞ-nin dəyişən mövqeyi və digər məsələlər daxildir. Amerikanın Avropa təhlükəsizlik arxitekturasından çıxması avropalılar üçün ciddi narahatlıq doğurur", - deyə nazir vurğulayıb.