Türkiyə Çinə vizanı ləğv etdi: Uçuş axtarışları 6 dəfə artdı, 1 milyon turist gözlənilir

Türkiyə Çin vətəndaşlarına vizanı ləğv edib.

Sherg.az xəbər verir ki, 2 yanvardan etibarən tətbiq olunan qərara görə, Çin vətəndaşları hər 180 gündə maksimum 90 gün Türkiyədə turistik səfər və tranzit keçidlər üçün vizasız səyahət edə bilirlər.

Bunun nəticəsində İstanbul uçuşlarına axtarışlar 3 gündə əvvəlki həftəyə nisbətən 6,3 dəfə, Antalya üçün 1,3 dəfə, İzmir üçün isə iki dəfə artıb.

Sektor nümayəndələri bildirir ki, Çinli turistlər dünyada ən çox xərcləmə edən qonaqlar sırasındadır və hər səfərdə 2,500-5,000 dollar arası xərcləyirlər.

Hazırda təxminən 400 min Çinli turist olan ölkədə bu sayın 2026-cı ilin sonuna 1 milyon nəfərə çatması gözlənilir.