Türkiyə İrana qarşı hərbi gücdən istifadə ssenarisinə tərəfdar deyil

Türkiyə İranla bağlı hadisələri yaxından izləyir.

APA xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan mətbuat konfransında bildirib.

O qeyd edib ki, Türkiyə İrana qarşı hərbi gücdən istifadə ssenarisinə tərəfdar deyil.

“İranın beynəlxalq aktorlarla problemlərini həll etməsi və qeyri-stabilliyə gətirib çıxaracaq hadisələrin baş verməməsi Türkiyənin xeyrinədir”, - Hakan Fidan deyib.

Türkiyəli nazir ABŞ və İran arasında problemlərin ya birbaşa, ya da vasitəçilərin iştirakı ilə dialoq vasitəsilə həll olunacağına ümid etdiyini vurğulayıb.