Türkiyə Silahlı Qüvvələrinin davamlı əməliyyatları və axtarış tədbirləri çərçivəsində bir həftə ərzində daha 10 PKK terrorçusu təslim olub.
APA xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.
"Beləliklə, 1 yanvar tarixindən etibarən təslim olan PKK terrorçuların sayı 35-ə çatıb", - məlumatda deyilir.