Türkiyə səhiyyə naziri: “Bu ağır nəticəni gözləyirdik”
08:08 16.08.2020
Dünya
528
“Dünən son 45 gündə ən çox COVID-19-a yoluxma sayını açıqladıq. Belə bir nəticəni gözləyirdik”.
APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmanın yüksəlməsi ilə bağlı narahatlığını ifadə edib.
Nazir COVID-19-la kütləvi mübarizə aparmaq üçün Türkiyə əhalisinə çağırış edib: “Hər birimiz bu mübarizədə səhiyyə ordumuzun cəhdlərinə dəstək verərək bu bəladan qurtara bilərik. Tədbirlərə əməl edək ki, gözəgörünməz virusa birgə qalib gələk”.
Qeyd edək ki, Türkiyədə COVID-19-a yoluxma sayında şübhəlilər artdığı üçün, testlərin də sayı artıb. Srağagün 70 192 şübhəli koronavirus testindən keçib və onlardan 1226-nın cavabı pozitiv çıxıb. Dünən isə 67 214 nəfər koronavirus testindən keçib ki, onlardan 1256-ı COVID-19-a yoluxmuş olub.
Nazir ağır xəstə saylarının artdığını da deyib, onlar arasında risk qrupuna daxil olanların və yaşlıların çoxluq təşkil etdiyini vurğulayıb.
Qeyd edək ki, dünəndən başlayaraq Türkiyənin 12 vilayətində yaşı 65 yaşdan yuxarı olanların hər vilayət üzrə müxtəlif saatlarda küçəyə çıxmalarına qadağa qoyulub. Bəzi vilayətlərdə qələbəliklə keçirilən mərasimlərə yaşı 15-dək olanların da buraxılması qadağan edilib.
Həmçinin bəzi bölgələrdə toy, nişan, xınayaxdı, sünnət və dini mərasimlərin kütləvi şəkildə keçirilməsinə yeni məhdudiyyətlər tətbiq olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Enzo Fernandes "Mançester Siti"də debüt etdi
19:04 05.09.2026
Futbol
Lavrov: Ukraynadakı rusdilli vətəndaşlar üçün hər şeyi edirik
18:46 05.09.2026
Dünya
Çempionlar liqasından sükuta: “Qarabağ” niyə büdrədi?
18:26 05.09.2026
Futbol
Bakıda narkotikin təsiri altında maşın sürən şəxs həbs edilib
18:04 05.09.2026
Hadisə
Çin liderinin Məsud Pezeşkiana soyuq münasibətinin səbəbi
18:02 05.09.2026
Dünya
İranda dollar kəskin bahalaşdı
17:58 05.09.2026
Region
Yunanıstanda qırıcı təyyarə qəzaya uğrayıb
17:51 05.09.2026
Hadisə
İrandan qisas mesajı: Xameneinin qanı yerdə qalmayacaq
17:34 05.09.2026
Region
Putin Kiyevə zərbə endirməmək barədə göstəriş verib
17:17 05.09.2026
Gündəm
Fransanın Ermənistandakı səfiri dəyişib
16:18 05.09.2026
Dünya
Fransanın Ermənistandakı səfiri dəyişib
15:46 05.09.2026
Siyasət
Əməkdar incəsənət xadimi Amin Novruzov vəfat edib
15:46 05.09.2026
Mədəniyyət
Türkiyə Yunanıstana etiraz notası göndərib
15:15 05.09.2026
Dünya
70 ildir bığlarını uzadır: “Baxım sirrimi rəqiblərimə demərəm”
14:44 05.09.2026
Maraqlı
Paşinyan: Baş nazir olduğum günə lənət olsun
14:03 05.09.2026
Cənubi Qafqaz