Türkiyədə İrana casusluq edən şəxslər saxlanıldı

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) İranın xeyrinə casusluq fəaliyyəti ilə məşğul olan şəbəkəyə qarşı xüsusi əməliyyat həyata keçirib.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Qeyd edilib ki, təhlükəsizlik tədbirləri nəticəsində xarici kəşfiyyata məlumat ötürdüyü müəyyən edilən 6 nəfər saxlanılıb.