Türkiyədə İŞİD-in 127 üzvü saxlanıldı

Dekabrın 29-da Türkiyənin Yalova vilayətində baş verən silahlı toqquşmada 3 polisin şəhid olmasından sonra bu gün ölkənin müxtəlif bölgələrində yeni reydlər həyata keçirilib.

Teleqraf xəbər verir ki, İstanbulda aparılan reyd zamanı 110 şübhəli saxlanılıb.

Hüquq-mühafizə orqanları daha 5 şübhəlinin tutulması üçün işləri davam etdirir.

Paytaxt Ankarada da İŞİD terror təşkilatına qarşı yeni əməliyyat keçirilib. Əməliyyat zamanı 17 şübhəli barəsində saxlanılma qərarı verilib.

Şübhəlilərin cinayət əməlləri və təşkilat üzvü olduqlarının faktlarla sübuta yetirildiyi bildirilib.