Türkiyədə koronavirus testindən keçənlərin sayı iki milyonu ötüb
19:42 30.05.2020
Dünya
697
Türkiyədə yeni növ koronavirusa (COVID-19) qarşı sistemli mübarizə tədbirlərinə baxmayaraq, gündəlik yoluxma və ölüm halları davam etməkdədir. Bu vaxtadək 2 milyon 3 min 594 nəfər koronavirus testindən keçirilib. Hazırda 649 nəfər reanimasiyada, 308 xəstə süni nəfər aparatına qoşulmuş haldadır.
AZƏRTAC ölkənin Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, mayın 30-də 39 min 230 nəfər testdən keçirilib. Onlardan 983 nəfər xəstə çıxıb. Bildirilir ki, gün ərzində 1021 nəfər sağalıb, 26 nəfər dünyasını dəyişib. Beləliklə, məlum infeksiyadan sağalanların sayı 126 min 984, ölənlərin sayı isə 4 min 515 nəfərə çatıb.
Qeyd edək ki, hökumətin qəbul etdiyi normallaşma planına əsasən, mayın 28-də sərnişin qatarlarının fəaliyyəti bərpa olunub. Hava nəqliyyatında isə iyunun 4-dən etibarən daxili, 10-dan isə xarici reyslərin həyata keçirilməsi gözlənilir. Mayın 29-da məscidlər ibadətə açılıb. Bunla belə, mayın 29-da yerli vaxtla saat 00.00-dan etibarən ölkənin 15 vilayəti üzrə növbəti dəfə komendant saatı tətbiq olunub. Daxili İşlər Nazirliyinin nəzarəti ilə həyata keçirilən komendant saatı iki gün davam edəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm
5,5 aylıq körpə anasının qaraciyəri sayəsində həyata qayıdıb
12:17 09.11.2026
Hadisə
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
12:13 09.11.2026
Gündəm
Sürücülər istifadə etmədikləri xidmətə də pul ödəyir
11:57 09.11.2026
Aktual
Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib
11:47 09.11.2026
Gündəm
Bakıda Dövlət Bayrağı Günü ilə bağlı hərbi yürüş keçirilir
11:23 09.11.2026
Aktual
Şuşa ağ örpəyə bürünüb – FOTOLAR
11:21 09.11.2026
Ekologiya
Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun - Deputat
11:08 09.11.2026
Gündəm