Türkiyədən Yəmən bəyanatı: Bunu dəstəkləyirik!

Türkiyə Yəməndə beynəlxalq səviyyədə tanınan Prezident Rəhbərlik Şurasının sabitliyin təmin olunmasına yönəlmiş səylərini yüksək qiymətləndirir.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Bundan əlavə, Yəməndəki gərginliklə bağlı Ər-Riyadda konfrans keçirilməsi təşəbbüsü məmnunluqla qarşılanıb.

XİN Türkiyənin Yəmənin ərazi bütövlüyü və suverenliyinə dəstəyini davam etdirəcəyini bəyan edib.