Türkiyəli general: Amerikanın Suriyada hansısa balans formalaşdırmadan oranı tərk etməsinə inanmıram
Yusif Nəzərli
12:30 31.01.2025
Dünya
468
Ümid edirik ki, Amerika həmin balansı PKK/PYD terror təşkilatları ilə yaratmayacaq
Çünki həmin zaman Yaxın Şərq qan gölünə dönər
Vaşinqton Suriyanın problemləri ilə məşğul olmamalıdır. Bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib. Tramp bildirib ki, ABŞ administrasiyası qoşunların Suriyadan çıxarılmasının mümkünlüyü ilə bağlı qərar verəcək. Suriyadakı vəziyyətə qarışmırıq. Onların orada kifayət qədər problemləri var.
Qeyd edək ki, Tramp administrasiyasının ABŞ əsgərlərini Suriyadan çıxarmağa hazırlaşdığı və bu prosesin də Türkiyə ilə koordinasiyalı şəkildə həyata keçirildiyi barədə məlumat yayılmışdı.
Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz “Sherg.az”a söyləyib ki, Amerika Birləşmiş Ştatları heç bir yerdə hansısa alternativ formalaşdırmadan həmin ərazidən çıxmaz:
“Çünki onlar, hansısa əraziyə öz mənfəətləri olduğu üçün girirlər. Daha sonra oradan həmin maraqlarından əl çəkərək yeni bir boşluq yaratmaq istəməzlər. Təbii ki, Suriyada kifayət qədər problemlər çoxdur və yeni formalaşma mövcuddur. Yeni konstitusiyanın fəaliyyətə başlaması, terror təşkilatlarının silahı buraxması, tək millət və tək bayrağın olması qısa zaman içində baş tutan proses deyil. HTŞ ortalıqdan qaldırıldıqdan sonra Amerika Suriyadakı vəziyyəti Türkiyə və İsraillə birlikdə nəzarət etməyə çalışacaq. Bu baxımdan Türkiyənin terror təşkilatları ilə bağlı şərtləri hər kəsə bəllidir. Suriyada yeni strukturunun kök salması və həyata keçməsi ziddiyyətli prosesdir.
Y. Karauz bildirib ki, Donald Tramp İsrail hökumətinin başçısı Benyamin Netanyahu ilə görüşmək üçün onu Ağ Evə çağırıb:
“Fevralın üçü və ya dördündə iki ölkə prezidetləri arasında görüş keçiriləcək. Düşünürəm ki, görüş zamanı Donald Tramp Suriya ilə bağlı İsraillə məsləhətləşmə aparacaq. Onsuz da nümayəndələr heyəti formasında Amerika və Türkiyə arasında Suriya ilə bağlı görüşmələr davam edir. Donald Tramp Amerikanı daxili və böyük strategiyalar üzərində qurmağa çalışır. Ona görə də Rusiya-Ukrayna və Suriya kimi mövzuları özünə əngəl olaraq görür və enerjisini boşuna israf etdiyini düşünür. Amerikanın Suriyada hansısa balans formalaşdırmadan oranı tərk edəcəyinə inanmıram. Ümid edirik ki, Amerika həmin balansı PKK/PYD terror təşkilatları ilə yaratmayacaq. Çünki həmin zaman Yaxın Şərq qan gölünə dönər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi