Ucarda iki nəfər dəm qazından zəhərlənib

Ucarda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

Sherg.az APA-ya istinadla xəbər verir ki, hadisə axşam saatlarında qeydə alınıb.

Rayonun Qarabörk kənd sakini, 1981-ci il təvəllüdlü Elnarə Xəlil qızı Xəlilova və Gəraybəyli kənd sakini, 2020-ci il təvəllüdlü Aliyə Əlisa qızı Vəliyeva dəm qazından zəhərlənmə diaqnozu ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Zərərçəkənlərə zəruri tibbi yardım göstərilib və vəziyyətləri stabildir.