Ukrayna böhranının nizamlanması üzrə danışıqlarda iştirak edən tərəflər dörd yekun sənəd üzərində işi davam etdirirlər.
APA xzəbər verir ki, bunu ABŞ-nin NATO yanında daimi nümayəndəsi Metyu Uiteker deyib.
Diplomat "Fox News" telekanalının efirində bildirib ki, hazırda danışıqlar masasında 20 maddəlik sülh planı, çoxtərəfli təhlükəsizlik zəmanətləri, ABŞ tərəfindən xüsusi təhlükəsizlik zəmanətləri, eləcə də sülhün bərqərar olunmasından sonra iqtisadi artım və rifahın təmininə dair plan yer alır.
“Bu sənədlərin hamısı real vaxt rejimində müzakirə olunur. Düşünürəm ki, hazırda Ukraynanın nə istədiyini kifayət qədər yaxşı anlayırıq”, – deyə Uiteker əlavə edib.