ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Ağ Evin rəhbəri Donald Trampın Qəzza zolağındakı münaqişənin nizamlanması ilə bağlı sülh planının ikinci mərhələsinin reallaşmasına başlandığını elan edib.
Oxu.Az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkə hesabında yazıb.
Uitkoff xatırladıb ki, ikinci mərhələ atəşkəsdən demilitarizasiyaya, texnokratik idarəçiliyə və anklavın bərpasına keçidi nəzərdə tutur.
O əlavə edib ki, planın ikinci mərhələsi çərçivəsində Qəzzada keçid dövrü üçün texnokratik Fələstin administrasiyası - Qəzzanın İdarə olunması üzrə Milli Komitə yaradılacaq. Uitkoff vurğulayıb ki, Vaşinqton HƏMAS hərəkatından öz öhdəliklərini tam yerinə yetirməsini, o cümlədən sonuncu girovun sərbəst buraxılmasını gözləyir.