Ukraynaya daha iki "Patriot" hava hücumundan müdafiə sistemi çatdırılıb.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin "Telegram" kanalında məlumat verilib.
Qeyd edilib ki, sistemlər Ukrayna şəhərlərini və ölkənin vacib infrastrukturunu qorumaq üçün istifadə olunacaq.
Hava hücumundan müdafiə sistemləri Almaniya hökuməti ilə razılaşmalar sayəsində əldə edilib.