Ukrayna bankları silah istehsalçılarına 500 milyon dollardan çox kredit verəcək

Ukraynanın dövlət və özəl bankları dövlət zəmanəti altında silah istehsalçılarına 500 milyon dollar kredit vermək üçün konsorsium yaradırlar.

APA xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Denis Şmıxal öz “Telegram” kanalında məlumat verib.

"Bank sektoru Ukrayna silah istehsalçılarını dəstəkləmək üçün birləşir. Altı dövlət və özəl bank konsorsium yaradır və dövlət zəmanəti altında üç il müddətinə 21,5 milyard qrivna (təxminən 510 milyon dollar) məbləğində kredit vermək barədə müqavilə imzalayır", - o yazıb.

Şmıxalın sözlərinə görə, bu, Ukrayna maliyyə bazarı tarixində ən böyük konsorsium kredit müqaviləsidir.