Ağ Ev Kiyevə veriləcək təhlükəsizlik zəmanətlərinin Ukraynanın Donbasdan çıxmasına razılıq verməsindən asılı olduğunu açıq şəkildə bildirib.
Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” mənbəyə istinadən məlumat yayıb.
“ABŞ hesab edir ki, müharibəyə son qoymaq üçün Kiyev Donbası tərk etməlidir. Vaşinqton həmçinin Ukraynaya bildirib ki, qoşunlarını Donbas ərazilərindən çıxararsa, sülh dövründə onun ordu qüvvələrinə əlavə silah təchizatı vəd etməyə hazırdır”, - mənbə bildirib.
Qeyd edək ki, Ağ Ev nəşrin məlumatını rəsmi olaraq rədd edib və bu cür nəşrlərin Əbu-Dabidə keçirilən üçtərəfli görüşdən sonra sülh prosesini pozduğunu bildirib.